İsraildə koronadan ölənlərin sayı 60-a çatdı

İsraildə son sutkada yeni tip koronvirusdan daha 3 nəfərin ölməsi ilə həyatını itirənlərin sayı 60-a yüksəlib.

Milletinsesi.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son olaraq daha 102 nəfərdə pandemiya simptomları aşkarlanıb. Ümumilikdə ölkə üzrə virusa yoluxanların sayı 9 min 6 nəfər olub.

Xəstələrdən 153-ün vəziyyətinin ağır olduğu, 585 insanın isə sağaldığı vurğulanıb.

 

Share: