Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milletinsesi.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub.

Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Share: