Dezinfeksiya zamanı diqqətli olun: Virusa yoluxa bilərsiniz

Dezinfeksiya üçün saf spirtdən istifadə etməyin, çünki dəridə quruluğavə qıcıqlanmaya səbəb olur.Bu vaxt yaranan mikroçatlardan isə virus orqanizmə daxil ola bilər.

REN TV-nin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri açıqlama veriblər.

Onlar həmçinin, dezinfeksiya üçün məhlulhazırlayarkən spirti araqla əvəz etməməyi tövsiyə ediblər.

“60 faizdən az etanol və ya 70 faizdən az izopropil spirt konsentrasiyası olan məhlullarla əllərin dezinfeksiya edilməsinin mənası yoxdur. Həmçinin, arağın tərkibində virusları məhv etmək üçün kifayət qədər spirt yoxdur”, – deyə mütəxəssislər xəbərdarlıq ediblər./oxu.az

Share: