Ermənistanda koronadan ölənlərin sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı son sutka ərzində 28 nəfər təşkil edib.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi yayıb.

Məlumata görə, bununla da koronavirusa yoluxanların sayı 881-ə yüksəlib. Koronavirusdan sağalanların sayının 114 nəfərə çatdığı, ölənlərin sayının isə 9-a yüksəldiyi bildirilib.

 

Share: