Türkiyənin Konya şəhərində üç dostunu güllələyərək öldürən şəxs tutulub.
Sondakika.com xəbər verir ki, 33 yaşlı Yusif Ö. həmyaşıdı Xəlil İbrahim Uzun və37 yaşlı Yaşar Baki Uzun adlı əmisi oğullarını, həmçinin, 30 yaşlı Mehmet Əli Şefleki qətlə yetirib.
Saxlanılan şəxsin 33 yaşlı həyat yoldaşı A.Ö. həmin şəxsləri tanımadığını deyib.
Araşdırma zamanı Yusif Ö.-nün qarabasmagördüyü və qətli törədəndən bir gün əvvəl ailəsi tərəfindən xəstəxanaya aparıldığı, həkimin verdiyi antidepressantı qəbul edərək, evə qayıtdığı məlum olub.