Rusiyanın Kurqan vilayətində çovğun səbəbindən 70-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Güclü qar və külək daha çox vilayətin eyniadlı mərkəzi şəhərində fəsadlar törədib.
Vesti.ru xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar yollarda görünüşməsafəsi azalıb və nəticədə, avtomobil qəzaları baş verib. Güclü külək evlərin dam örtüklərini, iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb.
Sinoptiklər növbəti günlərdə havanın yaxşılaşmasını proqnozlaşdırırlar.