Rusiya Müsəlmanları Ruhani Məclisinin Üləmalar Şurası Ramazan ayında şam namazlarını özünütəcrid rejimini pozmadan qılmaqla bağlı çağırış edib.
Milletinsesi.az xəbər verir ki, şura hökumətin qəbul etdiyi profilaktika tədbirlərinin pozulmasının yolverilməz olduğunu bildirib:
“Sağlam məntiq tələbiylə çıxış edərək və qanunvericilik tələblərini nəzərə alaraq, Üləmalar Şurası müəyyən edib ki, namazları yalnız ev şəraitində qılmaq mümkündür”.
Qeyd edək ki, Ramazan ayı bu il aprelin 24-dən mayın 23-nə qədər davam edəcək.