“Barselona” “Real”ın 19 yaşlı futbolçusu ilə maraqlanır

“Barselona” “Real”ın gənclər komandası olan “Kastilya”nın futbolçusu Sezar Helabertlə maraqlanır.

Qol.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Bildirilib ki, Kataloniya klubunun transfer etmək istədiyi 19 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. “Real”ın onunla tezliklə yeni müqavilə imzalamaq istədiyi vurğulanıb. Çünki “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan onu perspektivli oyunçu hesab edir.

Xəbərdə o da qeyd olunub ki, S.Helabertlə “Mançester Yunayted”, “Arsenal”, Dortmund “Borussiya”sı və “Lion” maraqlanır.

Share: