Qazaxıstanda daha 13 koronavirusa yoluxma halı qeydə alınıb.
Milletinsesi.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxma halı Qazaxıstanın şimalında, Akmolin vilayətində aşkarlanıb.
Vilayətdə yerləşən qocalar evinin 13 sakini koronavirusa yoluxub. Koronavirusa yoluxanlardan ən yaşlısının 99 yaşı var.
Qeyd edək ki, aprelin əvvəllərində Akmolin vilayətində qocalar evinin 2 sakini koronavirusdan vəfat edib.
Xatırladaq ki, Qazaxıstanda 759 koronavirusa yoluxma halı qeydə alınıb.