Bakıda narkotacirin evindən silah tapılıb

Sabunçu Rayon Polis İdarəsi 12-ci polis şöbəsinin əməkdaşları tərəfindənkeçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvələr məhkum olunmuş Cavid Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman 1 ədəd “Naqan” sistemli revolver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq saxladığını bildirib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin istintaq şöbəsinə göndərilib.

Share: