Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi

Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi

NASA Artemis layihəsi üçün verdiyi elana astronavt olmaq istəyən 12 mindən çox şəxsin müraciət etdiyini bildirib.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, NASA bu layihəni 2024-cü ilə qədər həyata keçirməyi planlaşdırır. Şirkət rəsmilərinin sözlərinə görə, müraciət edənlərin əksəriyyəti Amerika vətəndaşlarıdır. Layihə üçün martın 2-də başlanan müraciət vaxtı 31 martda başa çatıb. Yeni astronavtların adlarının 2021-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.

Xatırladaq ki, NASA 1960-cı ildən bu günəcən astronavt təhsili üçün 350 tələbə qəbul edib. Təhsil müddətini uğurla başa vuranlar şirkətdə işlə təmin olunurlar.

Share: