Azərbaycanın xarici dövlət borcu açıqlandı

2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib.

Milletinsesi.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.

“Məqsədimiz 2020-ci ildə də qiymət artımını ötənilki səviyyədə saxlamaqdır.

Ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir. 2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”, – o bildirib.

 

Share: