ABŞ-da qasırğa nəticəsində 5 nəfər həlak oldu

ABŞ-ın Oklahoma və Texas ştatlarında baş vermiş qasırğa nəticəsində azı 5 nəfər həlak olub.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, daha 20 nəfər müxtəlif xəsarətlər alıb.

Qeyd olunur ki, 3 nəfər Texasın Onalaska şəhərində təbiət hadisəsinin qurbanı olub.

Qasırğa zamanı küləyin sürəti saniyədə 18 metrə çatıb.

Hər iki ştat ərazisində infrastruktura da ciddi ziyan dəyib.

Share: