Bakıda 3 otaqlı ev yandı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: