İraqın şimalındakı Haftanin bölgəsində PKK terrorçularının hücumu zamanı Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, üç əsgər yaralanıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, cavab atəşi ilə 12 terrorçu məhv edilib.