Almaniya bundesliqasının bərpası tarixi uzadıla bilər.
Qol.az “Daily Mail” nəşrinə istinadən yaydığı xəbər görə, ölkədə karantin rejimi bir qədər yumşaldıqdan sonra koronavirusa yoluxanların sayında yenidən artım müşahidə edilir. Ona görə də hökumət karantini bir daha sərtləşdirə bilər. Bu səbəbdən 9 mayda bərpası nəzərtə tutulan oyunların bir həftə gec – mayın 16-da davam etdirilməsi məsələsi gündəmə gəlib.
Qeyd edək ki, hazırda bundesliqa klubları məşq edirlər.
Karantin rejimi ilə bağlı yeni qərarı aprelin 30-da kansler Angela Merkelin açıqlayacağı gözlənilir.