İranda 36 gündən sonra bir ilk yaşandı

İranda isə 36 gündən sonra bir ilk yaşanıb.

Milletinsesi.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, virusa yoluxanların sayı ilk dəfə olaraq üçrəqəmli 991 nəfər olub.

Kiyanuş Cahanpur qeyd edib ki, son 24 saat ərzində İranda daha 96 nəfər “Covid-19” xəstəliyindən həyatını itirib:

Ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 5806 nəfərə çatıb.

”Xəstəlikdən sağalıb evə buraxılanların sayı artaraq, 70933 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda “Covid-19” xəstəliyinə yoluxanlardan 3011 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya gündəlik açıqlamasında bəyan edib.

Share: