Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı onun sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.
Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.