Koronavirusa görə “WhatsApp”da yenilik edildi

“WhatsApp” messenceri istifadəçiləri üçün daha bir yeniliyi təqdim edib.

Milletinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə qrup şəklində videogörüntü ilə danışmaqda olan limiti artırıb. Bundan sonra 4 yox 8 nəfər də birdən görüntülü zəngə qoşula bilər.

Əvvəl bu versiya ancaq test şəklində istifadəyə verilmişdi. İndi isə rəsmi olaraq istifadəçilərin ixtiyarına təqdim edilib.

“WhatsApp” nümayəndələri bu addımı son günlər dünyada yayılan koronavirus infeksiyasına görə etdiyini açıqlayıblar. Bildirilib ki, insanlar evdə oturduqları ərəfədə onlayn danışıqlardan daha çox istifadə etməyə başlayıblar.

Qeyd edək ki, dünyada hazırda 3,1 milyon koronavirusa yoluxan şəxs var. O214 mindən çox insan dünyasını dəyişib. 944 min şəxs isə sağalıb.

Share: