İngiltərə Premyer Liqası rəhbərliyi klublara mövsümün bərpası ilə bağlı hazırlanan cədvəli göndərib.
Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, cədvələ əsasən, klublara mayın 18-dən etibarən tam hazırlığa başlamağa icazə veriləcək. Matçlar isə iyunun 8-dən bərpa olunacaq.
Bu plan cümə günü planlaşdırılan konfransdan əvvəl klublarla fərdi şəkildə müzakirə ediləcək.
Qeyd edək ki, cədvəl koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərin mayın 7-dən etibarən İngiltərədə yumşaldılacağı əsas götürülərək hazırlanıb.
Əlavə edək ki, mayın 9-10-u futbolçuların koronavirus testindən keçirilməsi planlaşdırılır.