Rusiyada suya düşən smartfon gənc qızın ölümünə səbəb oldu

Rusiyanın paytaxtı Moskvada bədbəxt hadisə yaşanıb.

Oxu.az “MK”-ya istinadla xəbər verir ki, 18-yaşlı qız vanna qəbul edərkən mobil telefonunu yüklənməyə qoyub.

Bu zaman smartfon suya düşüb və nəticədə qızı cərəyan vuraraq öldürüb.

Qızın valideynləri evdə olmadığı üçün meyit bir gün boş mənzildə qalıb.

Aprelin 28-i evə gələn ata qızının cansız bədənini aşkar edib.

Share: