“Yuventus”un futbolçusu Paulo Dibala koronavirusa qalib gəlib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun son koronavirus testi mənfi çıxıb. Onun evdə karantin rejiminin başa çatdığı vurğulanıb.
Argentinalı oyunçunun özü də “İnstaqram” hesabı vasitəsi ilə tam sağaldığını bildirib.