“Hər səhər yastığımı qucaqlayıb ağlayıram” – Bakıya qayıda bilməyən Damla

“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram. Hər sabah bir ümid, bir işıqla oyanırsan… Amma yenə də ümidlərin puça dönür”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkədə yazıb. Koronavirusla bağlı sərhədlər bağlandığı üçün Moskvadan Bakıya qayıda bilməyən müğənni anası və oğlu üçün darıxdığını dilə gətirib:

“Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri hesablamağa başlayırsan. Gecə düşən kimi səhər açılacaq deyə yenə saatın əqrəblərini hesablayırsan. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədim deyə yastığımı qucaqlıyıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək. Çox darıxıram”.

Share: