Bakıda avtobus yanır: Sərnişinlər təxliyə olundu

Bakıda sərnişin avtobusu qəflətən yanmağa başlayıb.

Milletinsesi.az  Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan sərnişin avtobusunda yanğın başlayıb.

Ərazidə xidmət aparan Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşlarının çevik və qətiyyətli hətəkətləri sayəsində sərnişinlər avtobusdan evakuasiya olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Share: