Koronavirusa yoluxanların sayı artdı

Bu gün Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib.

“Millətin Səsi.az” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Məlumata görə, son 24 saatda 143 yeni yoluxma faktı qeydə alınıb.

İndiyə qədər 188 950 test edilib, bu gün isə 7420 test aparılıb.

Ümumi yoluxanların sayı 2422-yə çatıb, 31 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 1620 nəfərdir.

Share: