Restoranları, kafeləri uzun müddət bağlı saxlaya bilmərik.
“Millətin Səsi.az” xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
R.Bayramlı bildirib ki, pandemiya ilə mübarizədə artıq ikinci mərhələ başlanıb: “Metro, o cümlədən, müəyyən bölgələrdə restoranlar, kafelər açılıb. Hazırda Bakıda da analoji addımların atılması üzərində iş aparılır. Amma hər şey qoyulan qaydalara əməl etməkdən asılıdır. Qaydalara əməl edilməsə, normallaşmanın da qarşısını ala bilər”.
TƏBİB sədri Bakıda iaşə obyektlərin konkret nə vaxt açılacağının dəqiq olmadığını əlavə edib: “Hazırda bununla bağlı qaydalar üzərində iş aparılır”.