65 yaşdan yuxarı şəxslərlə bağlı qoyulmuş qadağa yaxın günlərdə yumuşaldıla bilər.
“Millətin Səsi.az” xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər gənclərimiz yaşlı insanların təmiz havada gəzməyini istəyirsə, sosial məsafə saxlamalı və nəzərdə tutulan qoruyucu vasitələrdən istifadə etməlidirlər.