“Messi və Ronaldonun hegemonluğu sona çatır”

“Messi və Ronaldonun hegemonluğu sona çatır”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger futbolun ən yaxşıları kateqoriyasında dəyişikliyin vaxtı gəldiyini düşünür.

Qol.az xəbər verir ki, bu barədə o, “Talk SPORT”a açıqlamasında deyib. 70 yaşlı mütəxəssis Lionel Messi və Kriştiano Ronaldonun hegemonluğunun artıq sona çatmaq üzrə olduğunu deyib:

“Heç vaxt Messi və Ronaldo kimi çətin vəziyyətdə hər şeyi edə biləcək oyunçu görmədik. Ancaq hesab edirəm ki, onların hegemonluğu sona çatır. İndi gələcək nəsil gəlir. Mbappe və Neymar yeni lider ola bilərlər”.

Share: