İran səhvən öz gəmisini vurdu

İran Hərbi Dəniz Qüvvələrinə aid “Jamaran” döyüş gəmisi təlim zamanı səhvən “Konarak” köməkçi gəmisini vurub.

 “Millətin Səsi.az” xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.

Bildirilir ki, hadisə Fars körfəzində baş verib.

Hadisə zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid “Cavan” qəzetinin əməkdaşı Vahid Hacipur sosial şəbəkə hesabında hadisə zamanı 40 hərbçinin öldüyünü iddia edib.

İran ordusundan verilən məlumata görə  baş verən insident nəticəsində 19 hərbçi həlak olub, 15 nəfər yaralanıb.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Share: