İki rayonda camaatın yataqlarını İcra Hakimiyyətinin başçıları əllərindən alıb. Yüzlərlə yatağı məhv edib, özləri üçün təsərrüfat qurublar.
“Millətin Səsi.az” xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyev özünün Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, yerli sakinlərə məxsus yataq yerləri məmurlar tərəfindən zəbt edilir və şumlanaraq yerində qarğıdalı əkilir.
“Sizi lənətə gələsiniz. Niyə bazarlarımıza Gürcüstan, Dağıstan mal-qoyunları gətirilməlidir satmaq üçün? Niyə məhv edirsiniz camaatın təsərrüfatlarını”?, deyə, jurnalist hiddətli sözlərlə statusunu tamamlayıb.
Qeyd edək ki, yerli camaat şikayət etmək üçün Qobustan rayon İcra Hakimiyyətinə getsələr də onları dinləmək əvəzinə qovublar. Qovulanlar arasında Anar Niftəliyevin dayısı da olub.
Məsələylə bağlı Qobustan rayon İcra Hakimiyyətindən bizə bildirdilər ki, “ümumiyyətlə rayon ərazisində qarğıdalı əkmək üçün münbit torpaq yoxdur. Bəlkə, səhv salıblar”.