Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.
Milletinsesi.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.
Bildirilir ki, 3 saylı Şəhər Xəstəxanasına qəbul bir neçə saatdır dayandırılıb.
“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir. Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.
“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”, – deyə Rəvanə Əliyeva bildirib.