BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

Bələdiyyə sədrinin zibil qutularının yerini satmasına- VƏTƏNDAŞIN REAKSİYASI


Bələdiyyə sədrinin  zibil qutularının yerini satmasına- VƏTƏNDAŞIN REAKSİYASI

“Göl” və “Vulkan”ı satan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev bu dəfə məişət tullantılarının yığıldığı qutuların yerini satdı.

Milletinsesi.az-a bu barədə Şıxəli Qurbanov küçəsində yaşayan  sakinlər məlumat verib. Onların sözlərinə görə, həmin ərazi Masazırda yerləşən Ə. Vahid adına orta məktəbin yaxınlığında yerləşir və  bələdiyyə sədri adı çəkilən torpaq sahəsinin sotunu 25  min manata razılaşıb.

Onlar bildiriblər ki, Qəsəbənin  ağsaqqalı Hacı Rasimin də etirazına baxmayaraq, Siyanfər Əliyev öz qanunsuz əməlini həyata keçirə bilib və zibil qutularının yerinə sahiblənən vətəndaşa oranın tez bir zamanda hasarlayaraq rənglənməsini tapşırıb. Bu üsul bütün qanunsuz torpaq və obyekt satan icra məmurları üçün spesifik üsuldur.

Qeyd edək ki, bundan əvvəl də Siyanfərin qanunsuz torpaq satması  haqqında dəfələrlə məlumat yaymışıq. Amma hüquq mühafizə orqanları hər dəfə milyoner sədri izahat almağa çağırsa da sərbəst buraxır. Saytımızda gedən məlumatlarla bağlı Axar.az saytına açıqlama verən Siyanfər Əliyev bizim informasiyaların yalan olduğunu   bildirərək, 2007-ci ildə indiyə qədər torpaq satışının həyata keçirmədiyini bildirmişdi. Faktlardan tam aydın görünür ki, ömürlük sədr həmişəki kimi yalan danışıb. Belə ki, bələdiyyədə bu ilin may ayı ərzində ən  azı 6-7 dəfə torpaq satışı həyata keçirilib.

Məsələylə bağlı özünü evin sahibi kimi təqdim edən vətəndaş bildirdi ki, “torpağı Siyanfər Əliyevdən almayıb və onu tanımır. Hasarlanan ərazi  isə ona məxsusdur və sakinlərin etiraz etdiyinə görə bu günə kimi boş qalmışdır”.

“Mən Masazırı belə tanımırdım. Evimin arxası daim narkmanlar  ilə dolu olurdu və ora əxlaqsızlıq yuvasına çevrilmişdi. Ona görə də oranı hasarlamaq məcburiyyətində qaldım. Sizdən xahiş edirəm ki, şəkildəki ev şəxsi əmlakım olduğu üçün saytdan siləsiniz və hətta yazını tam silsəniz daha yaxşı olardı”- deyə o, əlavə etdi.

Qeyd edim ki, ev sahibi kimi zəng vuran vətəndaşdan sonra, özünü jurnalist kimi təqdim edən digər şəxslər bizi görüşə dəvət etdilər. İmtina cavabı aldıqdan sonra  saytdan yazını çıxarmadığımıza görə başımızın ağrıyacağı ilə hədələdilər.