Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.
“Millətin Səsi.az” xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 19-cu gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədr gecəsi mayın 14-dən 15-nə, üçüncüsü mayın 16-dan 17-nə, sonuncusu isə mayın 20-dən 21-nə keçən gecə olacaq.
Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Qurani-Kərim islam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.
Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.