Azərbaycanda maskalar pulsuz paylanıla bilər

Bu gün maskalar və qoruyucu vasitələrlə bağlı heç bir qıtlıq müşahidə olunmur.

“Millətin Səsi.az”  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

“Bizim hazırda gündəlik maksimal maska istehsal gücümüz 500.000-dir. Yaxın zamanda maskaların qiymətində enmə müşahidə oluna bilər. Eyni zamanda ola bilər ki, istehsal müəyyən səviyyəyə çatandan sonra tibbi maskalar ödənişsiz olaraq maskalar paylansın”, – o qeyd edib.

Share: