NATO bizimlə 90-cı illərdəki kimi danışa bilməyəcək – Rusiya

Rusiya imkan verməyəcək ki, onunla 90-cı illərin ritorikası ilə dialoqa başlasınlar.

Axar.az xəbər verir ki, bunu NSN-ə açıqamasında Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“1991-ci ildən bu yana çox şey dəyişib, bizim ölkə də, dünya da dəyişib. Ona görə də 1991-ci ildəki tondakı kimi bizimlə dialoq aparılması alınmayacaq. ABŞ-ın nümayəndələrinin danışıqlar masası arxasına bərabərhüquqlu oturmağına əməl olana qədər Vyana sənədlərinin modernizasiysasında heç bir addım atılmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə NATO Hərbi Komitəsinin sədri Styuart Piç Rusiyaya çağırış edərək, hərbi konflikt zamanı təhlükəsizlik və təhdidlərin azaldılmasını nəzərdə tutan Vyana sənədlərinin modernizasiyasında iştiraka çağırmışdı.

Share: