VHP-nin Ali Məclisinin sədri Milli Şuradan istehfa verdi

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istehfa verib.

“Millətin Səsi.az” xəbər verir ki, Şura üzvü Rafiq Manaflı bu haqda öz Feysbuk səhifəsində yazıb:

“Dostlar bir daha deyirəm. Milli Şura hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.

Amma son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm”.
O,  bu mövzu ilə hər hansı suala cavab verməyəcəyəyini də açıqlayıb.

Qeyd edək ki, Rafiq Manaflı Milli Şuradan istehfa verən VHP- nin sonuncu namizədi idi və o,  məlum son sıxışından sonra hücumlara məruz qalmasına görə bu addımı atdı.

Share: