Bu gecə Ramazan ayının üçüncü gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.

“Millətin Səsi.az” xəbər verir ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Mayın 14-dən 15-ə keçən gecə – Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü – bu gün isə üçüncü Qədr gecəsi olacaq.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı – mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Share: