Koronavirusu aşkarlamaq üçün tətbiq olunan testlərin 30 faizinin cavabı yanlış çıxır.
Axar.az xəbər verir ki, bu barədə Uorik Universitetinin yoluxucu xəstəliklər uzmanı Lorens Yanq deyib.
“Son vaxtlar ölkələr koronavirusla bağlı mütəmadi olaraq testlər həyata keçirirlər. Düşünürəm ki, 30 faizlik bu nisbət bir çox insanın həyatına təsir edəcək ”, – o bildirib.
Testlərin cavablarının yanlış çıxmasının həkim səhvindən və testin düzgün nəticə çıxarmamasından qaynaqlandığı qeyd edilib