ABŞ-ı Suriyadan çıxaracağıq – Xameni

ABŞ-ı Suriyadan çıxaracağıq – Xameni

Amerikalılar açıq şəkildə bəyan edirlər ki, onlar hərbi qüvvələrini Suriyaya neft olduğu üçün yerləşdiriblər.

Milletinsesi.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

Onun sözlərinə görə, İran ABŞ-ı Suriyadan çıxmağa məcbur edəcək.

“Amerikalıların özləri haqda müsbət obraz yaratmaq üçün ayırdıqları böyük vəsaitlərə rəğmən, bu gün dünyanın əhəmiyyətli hissəsi bu ölkəyə nifrət edir”, – Ə.Xamenei bildirib.

Share: