BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , May 27 2020
Son xəbərlər
Ana səhifə / Kriminal / Göyçayda ana və uşaqları zəhərləndi

Göyçayda ana və uşaqları zəhərləndi


Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Millətin Səsi.az xəbər verir ki, hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində qeydə alınıb. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki “Seyidlər” marketdən şirniyyat alıb.

Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara “alimental qastrit” diaqnozu qoyulub.

Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

mersin escort
mersin escort escort mersin