Dövlət imtahanı özlərindən aslıdır- Nazirlik

Xüsusi təyinatlı ali təhsil müəssisələrində dövlət imtahanının ləğv edilməsi ilə bağlı qərarı həmin təhsil ocaqları özləri verməlidir.

Millətin Səsi.az”  xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı haqda sualları cavablandıran Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

O bildirib k, bu məsələ həmin təhsil ocaqlarının elmi şurası tərəfindən baxılıb müvafiq qərar qəbul edildikdən sonra nəzərə alınır.

Share: