İRS Azərbaycan Teleqram kanalında Qacar dönəmində Tehran şəhərinin əhalisi ilə bağlı xəritə yayımlanıb.
Axar.az xəbər verir ki, xəritənin İran Milli Sənədlər Muzeyi tərəfindən yayımlandığı bildirilib.
Sənəddə o illərdə Tehran şəhərinin 14 məntəqəsində yaşayan xalqlar göstərilir. Xəritəyə əsasən, Tehranın 14 məntəqəsindən yarısında türklər yaşayıb.
Xəritəyə görə xalqların məskunlaşması aşağıdakı kimidir: 7 məntəqədə qacar, əfşar, xələc və türkmən tayfaları; 3 məntəqədə ermənilər; 2 məntəqədə ərəblər; 1 məntəqədə kürdbəçələr tayfası, 1 məntəqədə yəhudilər.