Çin Honkonqu birbaşa öz nəzarəti altına ala bilər.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Bildirilib ki, Pekin Honkonqda təhlükəsizliyin təmini üçün icra mexanizmi qanun layihəsi işləyib hazırlayıb.
Agentlik honkonqlular və Qərbin bunun internetdə Çin tipli senzura tətbiqinə, eləcə də muxtariyyətin itirilməsinə gətirib çıxaracağını düşündüyünü bildirib. Çin hakimiyyətinin isə yeni hazırladığı qanun layihəsi ilə separatizm, xaricdən müdaxilə və terrorizmə müqavimət göstərə biləcəyini iddia etdiyi vurğulanıb.
İnformasiya artıq Honkonq birjasında həyəcana səbəb olub. Honkonq əhalisi aktiv şəkildə internet blokadasından yan keçməyi bacaran VPN proqramlar endirməyə başlayıblar.
Honkonq rəhbəri Kerri Lam muxtariyyət sakinlərinə müraciət edərək, yeni qanun layihəsinin əhalinin azadlıqlarını əldən almayacağını bəyan etsə də, yerli aktivistlər buna məhəl qoymayaraq, Çinə qarşı yeni etirazlara çağırış ediblər.