Fitrə nə qədər və kimlərə verilməlidir?

İmkanı zəif olan müsəlman qardaşlar adambaşına ən azı  iki manat fitrə çıxarmalıdır.

“Millətin Səsi.az”-a bu barədə Qobustan qəsəbəsinin mollası Niyaməddin Əhmədov bildirib. Onun sözlərinə görə ən aşağı məbləğ olan iki manat buğaya görə hesablanır. Əgər, fitrə düyüyə görə hesablansa 8 manat, xurmaya görə hesablanarsa 10-12 manat məbləğində olmalıdır. Fitrə sədəqəsi mayın 24-də səhər 8-9 radələrinə qədər ayrılmalı və ehtiyacı olanlara çatdırılmalıdır

Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər.

Fitrə zəkatını möminə vermək müstəhəbdir.

Fitrə zəkatını alkohollu içki içənə və aşkar günah edənə vermək olmaz.

Fitrə zəkatını verən şəxs, özünün və onun çörəkyeyənləri sayılan insanların, o cümlədən hətta həmin axşam (bayram axşamı) onun razılığı ilə məğribdən (məğrib – şam azanından 15-20 dəqiqə əvvəl olan vaxta, gün batan zamana deyilir) əvvəl onun evinə qonaq gələn şəxslərin də fitrəsini ödəməlidir.

Qeyd edək ki, fitrə sədəqəsi insanı Ramazana çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir.

Share: