Koronavirus səbəbindən qarşılıqlı yardımlara baxmayaraq, Rusiya və ABŞ arasındakı münasibətlərdə gərginlik artıb.
Milletinsesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, bu, narahatedici vəziyyətdir:
“Pandemiya ilə mübarizədə qarşılıqlı humanitar yardım daxil olmaqla, bəzi sahələrdə bir sıra yeni mərhələyə çatdıq. Bu, sevindirici haldır. Ancaq bu mühitdə Rusiyaya siyasi, psixoloji və sanksiya təzyiqləri göstərməyə cəhdlər davam edir. Pandemiyanın nəticələrinin daha ağır olmasının qarşısını almaq üçün səyləri birləşdirmək və sıx əməkdaşlıq etmək lazım olduğu bir vaxtda bəzi nöqtələrdə gərginlik artmaqdadır”.
Nazir müavini onu da qeyd edib ki, rusiyalı diplomatlar ABŞ-lı həmkarlarına gərginliyin artmasının çıxış yolu olmadığını anlatmağa çalışır.