Kazino imperiyasının sahibi öldü

Asiyada kazino imperiyasının sahibi, regionun ən varlı adamlarından biri olan çinli milyarder Stenli Ho ölüb.

“Millətin Səsi.az” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Makaoda kazinolar şəbəkəsinin sahibi olan Stenli Honun 2018-ci ildə sərvəti 6.4 milyard dollar həcmində qiymətləndirilirdi.

98 yaşlı milyarderin 4 nikahdan 17 övladı qalıb.

Share: