İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı – Rəsmi

Koronavirus pandemiyasına görə  dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun – “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.

Share: