Ermənistanda koronavirusa yoluxanların sayı 8 700-ə yaxınlaşır, 120 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 460 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.

Milletinsesi.az-ın “Armenia Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə ümumilikdə xəstəliyə yoluxma sayı 8676-ya, ölənlərin sayı isə 120 -yə çatıb.

Qeyd edilib ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 5214 nəfərdir.

İndiyədək 3297 nəfər xəstəlikdən sağalıb.

Share: