Rusiya Premyer Liqası bərpa olunsa, oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə icazə verilib.
Qol.az-ın xəbərinə görə, ölkə Futbol İttifaqının yaydığı rəsmi açıqamada bildirilib ki, matçlara trubinalarda tamaşaçı yerlərinin 10 faizə qədər azerkeşlərin buraxılması ilə bağlı hökumətlə razılıq əldə olunub. Bu zaman bütün sosial məsafələr gözlənilməli, digər qaydalara əməl edilməlidir.
Xatırladaq ki, koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır.