Azərbaycanda futbola icazə verildi – Rəsmi

31 may saat 00.00-dan etibarən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilib.

Qol.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.  Bu isə o deməkdir ki, ölkədəki futbol çempionatları davam edə bilər.

Yarışlarda tamaşaçıların iştirakına isə icazə verilmir.

Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından ölkəmizdə futbol yarışları dayandırılıb.

Share: